XƏBƏRLƏR / Hadisə

Kəlbəcərdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə rayonunun Nadirxanlı kəndi ərazisində qeydə alınıb

Kəlbəcərdə iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonunun Nadirxanlı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “VAZ-2106” markalı nəqliyyat vasitəsinin “Qazel” markalı avtomobillə toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Ə. İbadov və 2002-ci il təvəllüdlü E. Həsənli xəsarət alıb.

    Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.