Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.
Hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
Yol qəzasında ölən və xəsarət alanların adları açıqlanıb.
Hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarət alıb.
Fakt araşdırılır.
1 dəqiqədən az