XƏBƏRLƏR / Hadisə

"Qaymaq" restoranında yanğın olub

Bu barədə Dövlət Yanğından Mühafizə Xidməti məlumat verib

"Qaymaq" restoranında yanğın olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda restoranda yanğın olub, təndirxananın bir qismi yanıb.

    Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Yasamal rayon yanğından mühafizə hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov məlumat verib.

    Onun sözlərinə görə, Məhəmməd Xiyabani küçəsində yerləşən "Qaymaq" restoranında 09:06 radələrində yanğın olması barədə məlumat daxil olub: "Əraziyə 5 avtomobil cəlb olunub. Ehtimal olunur ki, yanğın ikimərtəbəli restoranın ikinci mərtəbəsində başlayıb. Ümumilikdə 60 kvadratmetr sahə yanıb. Eyni zamanda birinci mərtəbədə olan təndirxananın bir qismi yanıb.Yanğının səbəbi araşdırılır".