Biləsuvarda qarlı hava şəraiti yol qəzalarına səbəb olub
Hadisələr köhnə Ələt-Astara avtomobil yolunda qeydə alınıb
Biləsuvar rayonunda qarlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub.
Hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes sprinter" markalı yük və "Nissan X-Trail" markalı minik avtomobili idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və avtomobillər oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib.
Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.