XƏBƏRLƏR / Hadisə

Qəza ilə bağlı Gürcüstanla koordinasiyalı şəkildə işləyirik

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib

Qəza ilə bağlı Gürcüstanla koordinasiyalı şəkildə işləyirik
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Şəhərsalma Zirvəsində bildirib ki, Türkiyə hakimiyyəti Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatları ilə bağlı Azərbaycan və Gürcüstan hakimiyyəti ilə sıx əlaqə saxlayır.

    "Gürcüstan və Azərbaycan sərhədində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qəbul etdim. Axtarış-xilasetmə əməliyyatları ilə bağlı hər iki ölkənin hakimiyyəti ilə sıx əlaqə saxlayırıq", - deyə o bildirib.

    Türkiyə lideri dəqiq rəqəm açıqlamadan insan itkisini təsdiqləyib. O, hadisə nəticəsində minimum itki olacağına ümid edib.