Rəisi qəzadan sonra dərhal dünyasını dəyişib
Məlumat İranın Qızıl Aypara Cəmiyyətindən verilib
İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İran Prezidenti İbrahim Rəisinin helikopterində olanların hamısı fəlakətdən sonra ilk anlarda ölüb.
İRNA agentliyi Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivəndə istinadən xəbər verir ki, xilasedicilər helikopterin qəzaya uğradığı yerə Türkiyə PUA-sı "Akıncı"dan siqnal aldıqdan 40 dəqiqə sonra çatıblar.
“Helikopterin qalıqları aşkar edildikdən (siqnalın) qəza yerinə çatmasına qədər 40 dəqiqə keçdi”, o qeyd edib. Kolivandın sözlərinə görə, xilasedicilər İran Prezidenti İbrahim Rəisinin helikopterinin qalıqlarını 2500 metr yüksəklikdə aşkar ediblər.