Ermənilər Xankəndidəki partlayışda yananların sayını açdı
Xankəndi yaxınlığında yanacaq anbarında 2023-cü il sentyabrın 25-də dəhşətli partlayış baş vermişdi
Ermənistan İstintaq Komitəsi Xankəndi yaxınlığındakı yanacaq anbarında baş vermiş partlayış nəticəsində ölənləri saya bilib. İdarənin məlumatına görə, 2023-cü il sentyabrın 25-də baş vermiş partlayış nəticəsində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaşayan 218 Ermənistan vətəndaşı həlak olub, 120 nəfər yaralanıb.