XƏBƏRLƏR / Hadisə

Batan bərədə Azərbaycan vətəndaşları da olub

Avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. 237 nəfər xilas edilib, 7 nəfər ölüb, 23 nəfərin axtarışları davam edir

Batan bərədə Azərbaycan vətəndaşları da olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimali Kiprdə batan 4 Azərbaycan vətəndaşı olub.

    Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib.

    İki sərnişin və ekipaj üzvlərindən ikisi azərbaycanlı olub. Onlar xilas edilib.

    Azərbaycan vətəndaşı olan iki sərnişinə xəstəxanada ambulator yardım göstərilib və onlar evə buraxılıblar.

    Gəmi ekipajının üzvləri olan iki vətəndaşımız - Valeh Hümmətov və Rəşad İbrahimov da ilkin tibbi müdaxilədən sonra xəstəxanadan buraxılıblar. Onların da vəziyyəti yaxşıdı

    Xatırladaq ki, avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. Faciə Girne sahillərindən təxminən dörd mil aralıda baş verib. 237 nəfər xilas edilib, 7 nəfər ölüb, 23 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.