Ağdamda keçmiş təmas xəttində yanğın davam edir
Yanğının minalanmış ərazidə davam etməsi səbəbindən partlayış səsləri eşidilir
Ağdam rayonunda keçmiş təmas xəttində, açıq ərazidə başlayan yanğın davam edir.
Rayonun Baş Qərvənd, Bayramlar, Şıxlar, Cəvahirli və Çıraqlı kəndləri istiqamətində küləkli hava şəraiti səbəbindən yanğın genişlənib.
Yanğının minalanmış ərazidə davam etməsi səbəbindən partlayış səsləri eşidilir.
Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Bərdə, Ağcabədi və Ağdam rayonlarının yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi və tam nəzarətə götürülməsi istiqamətində əməliyyat davam etdirilir.
1 dəqiqədən az