İstanbulda xidməti avtobus aşıb, 15 nəfər yaralanıb
Bu barədə "TRT Haber" məlumat yayıb
Türkiyədə İstanbul Hava Limanının işçilərini daşıyan xidməti avtobus aşıb.
"TRT Haber"ə görə, Böyükçəkməcə rayonunda baş verən hadisə nəticəsində 15 nəfər yaralanıb.
Qeyd olunub ki, aşan avtobusda 30 sərnişin olub.
Qəza nəticəsində xəsarət alan 15 nəfər dövlət xəstəxanalarına yerləşdirilib. Yaralıların ümumi vəziyyətinin yaxşı olduğu, onlardan 2-nin müalicə və müşahidəsinin davam etdiyi bildirilib.
1 dəqiqədən az