XƏBƏRLƏR / Hadisə

İstanbulda avtobusla minik avtomobili toqquşub

30 nəfər xəsarət alıb

İstanbulda avtobusla minik avtomobili toqquşub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbulun Eyüpsultan rayonunda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 30 nəfər xəsarət alıb. Qəza zamanı avtobus idarəetmədən çıxaraq yol nişanının dirəyinə çırpılıb.

    Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara çatdırılıblar. Hazırda avtobusun yoldan götürülməsi istiqamətində işlər davam etdirilir.

    İstanbul şəhər səhiyyə müdiri Abdullah Emre Güner hadisə ilə bağlı açıqlamasında bildirib ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır. Digər yaralıların müalicəsi isə xəstəxanalarda davam etdirilir.