XƏBƏRLƏR / Hadisə

Bakı bulvarında gəzinti qayığı batdı FOTO

FHN xəbər verir

Bakı bulvarında gəzinti qayığı batdı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda bulvar ərazisində gəzinti qayığı batıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar xəttinə Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

    FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

    Dalğıc-axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, batma təhlükəsində olan vətəndaşlar xilas olunub.