XƏBƏRLƏR / Hadisə

Gəncədən Türkiyəyə uçan hərbi yük təyyarəsi qəzaya uğrayıb

C130 hərbi yük təyyarəsinin göyərtəsində 20 nəfər olub YENILƏNİB/FOTO

Gəncədən Türkiyəyə uçan hərbi yük təyyarəsi qəzaya uğrayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 19:30
    Qəzaya uğrayan təyyarənin göyərtəsində uçuş heyəti də daxil olmaqla 20 əməkdaşımız var idi - Türkiyə Milli Müdafiə Nazirliyi


    ***
    17:17

    Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, Türkiyəyə məxsus yük təyyarəsi Gürcüstan dövlət sərhədindən təxminən 5 kilometr aralıda, Siqnaqi bələdiyyəsində qəzaya uğrayıb.

    Nazirlik aydınlaşdırır ki, "ilkin məlumatlara görə, təyyarə Azərbaycan və Türkiyə arasında uçuş həyata keçirirmiş".

    Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi ilə aparılır ki, bu maddə itki ilə nəticələnən uçuş təhlükəsizliyi qaydalarının və ya hava nəqliyyatı əməliyyatının pozulmasını əhatə edir.

    Nazirlikdən verilən açıqlamada deyilir: "Daxili İşlər Nazirliyi hadisə ilə bağlı ictimaiyyətə tədricən ətraflı məlumat verəcək".

    FlightRadar24 məlumatına görə Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayan təyyarənin Gəncə hava limanından uçan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi olduğunu müəyyən edib.

    ***

    16:18

    Türkiyə Müdafiə Nazirliyi məlumatı: "Azərbaycandan ölkəmizə yola düşən C130 hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

    Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb", məlumatda deyilir.

    ***

    Lockheed C-130 Hercules yük təyyarəsi Gəncədən qalxıb Türkiyə istiqamətlənirdi.

    ***

    16:03

    Gürcüstanın "İmedi" telekanaalının X səhifəsində Türkiyə hərbi təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğradığı bildirilir. VİDEO

    İmedi TV saytında belə məlumat verilir: "Türkiyəyə məxsus olduğu güman edilən hərbi təyyarənin çərşənbə axşamı Gürcüstan və Azərbaycan sərhədi yaxınlığında qəzaya uğradığı bildirilir.

    İmedi TV hadisənin video görüntülərini əldə etdiyini və əlavə detalları yoxlamaq üçün çalışdığını bildirir."

    Məlumat başqa mənbələrdə təsdiqini hələ tapmayıb