XƏBƏRLƏR / Hadisə

Bakı-Ələt magistral yolunda yük maşını yanıb

Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilib

Bakı-Ələt magistral yolunda yük maşını yanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün saat 08:55 radələrlərində Bakı-Ələt magistral yolunun 55-ci klometrliyində Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd oğlunun idarə etdiyi “DAF” markalı 90-OC-691 dövlət nömrə nişanlı irihəcmli yük maşınında hərəkətdə olarkən yanğın hadisəsi baş verib.

    Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilərək, əraziyə şəxsi heyət və yanğınsöndürən cəlb olunub. Yük avtomobilində baş verən yanğın genişlənmədən qısa müddətdə söndürülüb.