XƏBƏRLƏR / Hadisə

İl-76-nın “qara qutu”ları tapıldı

Bu barədə məlumatı “RİA Novosti” yayıb

İl-76-nın “qara qutu”ları tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünən Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsinin hər iki “qara qutu”su tapılıb.

    Bu barədə məlumatı “RİA Novosti” yayıb. 

    Qəza yerində aşkar olunan “qara qutu”ların texniki vəziyyətinin yaxşı olduğu bildirilir. 

    Xatırladaq ki, yanvarın 24-ü Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsi qəzaya uğrayıb. Son məlumata görə, hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov təyyarənin üç raketlə vurulduğunu iddia edib. Rusiya təyyarənin Ukrayna ordusu tərəfindən vurulduğunu iddia edir.