XƏBƏRLƏR / Hadisə

İlham Əliyev təcili olaraq Sankt-Peterburqdan Bakıya qayıtdı

Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir YENİLƏNİB

İlham Əliyev təcili olaraq Sankt-Peterburqdan Bakıya qayıtdı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:25

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olduğu təyyarə Bakı şəhərində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

    Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi, dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib və Azərbaycana qayıdıb.

    ***

    12:55

    Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

    Təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib.

    Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır.

    ***

    12:20

    Azərbaycan Prezidenti İlham Əliyev təcili olaraq Sankt-Peterburqdan Bakıya qayıdır.

    Qazaxıstanın Aktau şəhərində "AZAL" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etməyəcək. Bu barədə RİA Novosti məlumat yayıb.

    Baş vermiş hadisəni araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.