XƏBƏRLƏR / Hadisə

Vyetnamda turist qayığı batıb: 15 nəfər ölüb

Bu barədə “VnExpress” portalı məlumat yayıb

Vyetnamda turist qayığı batıb: 15 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Vyetnamın cənubunda, Fukuok adası yaxınlığında turistləri daşıyan gəzinti qayığının çevrilməsi nəticəsində azı 15 nəfər ölüb.

    Bu barədə “VnExpress” portalı məlumat yayıb.

    Məlumata görə, göyərtəsində 32 turist və 4 ekipaj üzvü olan sürətli qayıq Hon Mey Rut Nqoay adasından təxminən 400 metr aralıda qəfil nasazlıq səbəbindən çevrilib. Nəticədə göyərtədə olan bütün sərnişinlər və ekipaj üzvləri dənizə düşüb.

    Xilasetmə əməliyyatı zamanı 21 nəfər xilas edilib. Qəza nəticəsində iki qadın və 13 kişi olmaqla ümumilikdə 15 nəfər ölüb.

    Sağ qalanlar təcili tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.