Binəqədi rayonunda mebel sexində dəhşətli yanğın YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Xəbər verir VİDEO
09:00
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
***
2026-03-17 22:37
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Mebel sexində yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.