Xocalı prospektindəki güclü yanğın FHN tərəfindən söndürüb

8 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub VİDEO

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Martın 17-də saat 11:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı, 29 ünvanından yanğın səbəbi ilə çağırış daxil olub.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfər (3 kişi, 5 qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

    Pasiyentlərə dərhal zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator müayinələr təyin edilib.

    Hazırda pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.

    Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

    Əlavə məlumat veriləcək.