XƏBƏRLƏR / Hadisə

Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi aşkar edilib

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti xəbər yayıb

Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi aşkar edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2025" planına uyğun olaraq tədbir keçiriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, tədbir zamanı Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.