XƏBƏRLƏR / Hadisə

Bakıda mənzildə partlayış olub, xəsarət alan var YENİLƏNİB

FHN xəbər verir

Bakıda mənzildə partlayış olub, xəsarət alan var YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:55

    28.08.2025-ci il tarixində saat 06:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yaşayış binasında partlayış baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    TƏBİB-dən bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

    Təcili tibbi yardım briqadasına ikisi uşaq olmaqla, ümumilikdə 4 nəfərin (1-i qadın, 3-ü kişi cinsli) müraciəti qeydə alınıb.

    Onların hər birinə təcili tibbi yardım briqadası tərəfindən yerinə ilkin tibbi yardım göstərilib.

    ***

    09:32

    Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

    Binanın beşinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

    Bu barədə FHN məlumat yayıb. Bildirilib ki, operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş, 1987-ci il təvəllüdlü Muqamov Teymur Musa oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

    Təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri təxliyə edilib.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.