Macarıstanda avtobus qəzası olub, 12 nəfər ölüb
Qəza zamanı nəqliyyat vasitəsində 57 sərnişin və 2 sürücü olub
Macarıstanda Polşaya məxsus sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər həyatını itirib, 10 nəfər isə ağır yaralanıb.
Hadisə gecə saatlarında ölkənin şimal-şərqində, Nyiredhaza şəhəri yaxınlığında M3 avtomagistralında baş verib.
Macarıstanın Baş naziri Peter Magyar bildirib ki, avtobus yoldan çıxaraq xəndəyə aşıb. Qəza zamanı nəqliyyat vasitəsində 57 sərnişin və 2 sürücü olub.
Xilasedicilər təxminən 24 ton ağırlığında olan avtobusu ərazidən çıxarmaq üçün kranlardan istifadə edirlər.
Qəzanın başvermə səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
1 dəqiqədən az