Cəlilabad rayonunda yük maşını yanıb
Yük maşınını Rusiya vətəndaşı Şapi Maqomedov idarə edib
Cəlilabad rayonunda yük maşını yanıb.
Hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yük maşınını Rusiya vətəndaşı Şapi Maqomedov idarə edib.
Hadisə yerinə Cəlilabad rayon yanğınsöndürmə idarəsinin yanğınsöndürənləri və xüsusi texnikası göndərilib. Yanğın tez bir zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqədən az