XƏBƏRLƏR / Hadisə

Şabranda dağlıq-meşəlik ərazidə yanğın başlayıb

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb

Şabranda  dağlıq-meşəlik ərazidə yanğın başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.