Rusiyada ticarət mərkəzində güclü partlayış: 1 ölü, 7 yaralı
Bu barədə "İnterfaks" məlumat yayıb

Rusiyanın Vladiqafqaz şəhərində yerləşən “Аlaniya Moll” ticarət mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.
Bu barədə "İnterfaks" məlumat yayıb.
Hadisədən sonra əraziyə operativ xidmətlərin əməkdaşları cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində 57 yaşlı qadın ölüb, 7 nəfər yaralanıb.
Partlayışın ilkin səbəbi kimi binada qaz sızması göstərilir.