XƏBƏRLƏR / Hadisə

Metronun dayanmasının səbəbi açıqlanıb

Bu barədə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov danışıb

Metronun dayanmasının səbəbi açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün təxminən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb.

    Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

    O qeyd edib ki, sadə dildə desək, Bakı Metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb.

    "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin 4 qatarı tuneldə qalmışdı.

    Yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin xətlərində 30 qatar olub. Bu zaman hər hansı sərnişin şikayəti, özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb. Bununla belə Bakı Metropoliteni preventiv tədbirləri görmüşdü".