XƏBƏRLƏR / Hadisə

Türkiyədə yanğın İzmirin yaşayış məntəqələrinə yaxınlaşıb

Bu barədə yerli media xəbər yayıb

Türkiyədə yanğın İzmirin yaşayış məntəqələrinə yaxınlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin qərbində böyük yanğın baş verir. O, kənd təsərrüfatı torpaqlarında başlayıb, lakin güclü külək səbəbindən tez bir zamanda meşəlik ərazilərə yayılıb və İzmirin yaşayış məntəqələrinə yaxınlaşıb.

    İzmirin Dikili rayonunda, saat 14:05-də kənd təsərrüfatı torpaqlarında başlayan və kolluqlara yayılan yanğın Meşəçilik Baş İdarəsinə məxsus 7 təyyarə, 8 helikopter, 35 su tankeri və 4 buldozer tərəfindən söndürülür. Bildirilib ki, alovlara ilk müdaxilə 5 dəqiqə ərzində edilib.

    Yerli medianın məlumatına görə, həm havadan, həm də yerdən söndürmə işləri davam edir. Yanğınla mübarizə aparmaq üçün yeddi təyyarə, səkkiz helikopter, 35 yanğınsöndürmə maşını, dörd buldozer və çoxsaylı yanğınsöndürmə və xilasetmə qrupları cəlb edilib.