Astara rayonunda ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, martın 8-də saat 22:40 radələrində 1998-ci il təvəllüdlü Tural Əlizadə idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb. Avtomobildə sərnişin qismində olan Mehdi Əsgərzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Astara rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.