Hələb yaxınlığında İranın SEPAH qüvvələrinin düşərgəri yanır
Suriya hakimiyyəti nəhəng yanğının səbəbləri haqda hələ məlumat verməyib
Suriyanın Hələb şəhərinin cənub hissəsi yaxınlığında İran qüvvələrinin nəzarətində olan düşərgə və ambarlarda güclü yanğın baş verib. Bir neçə saatdır ki, söndürülmür. Yanğının yaxınlıqdakı ərazilərə də keçə biləcəyi istisna edilmir.