
09:42
Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
***
09:15
Bakıda "Motodrom" adlanan ərazidə yanğın başlayıb.
Bu barədə FHN-dən məlumat verilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, "Motodrom" adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.