Türkiyədə məktəbdə iki şagirdi ildırım vuraraq öldürüb
Bu barədə Türkiyıə mətbuatı məlumat yayıb
Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda ibtidai məktəbin həyətində ağaca ildırım düşməsi nəticəsində 2 uşaq ölüb, 1 nəfər isə ağır xəsarət alıb.
Türkiyıə mətbuatının məlumatına görə, hadisə səhər saatlarında baş verib.
Məlumata görə, ildırım məktəbin həyətində yerləşən ağaca düşüb. Bu zaman ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım və digər bir uşaq xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırıb.
Serkan Yıldırım və Kasım Yıldırım həkimlərin səylərinə baxmayaraq ölüb. Xəstəxanada müalicəsi davam edən digər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.
1 dəqiqə