XƏBƏRLƏR / Hadisə

Yasamalda məktəbdə şagird 4-cü mərtəbədən yıxılaraq ölüb

Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır

Yasamalda məktəbdə şagird 4-cü mərtəbədən yıxılaraq ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

    ***

    TƏBİB-dən bildirilib ki, bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb. 

    Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

    Təcili tibbi yardım briqadası tərəfindən 1 azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.