Füzuli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində Əli Vəliyev və Mirqəşəm Talıbov ölüb. Süleyman Süleymanov, Rəşad Namazəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
***
10:36
Füzuli rayonunda “ВАЗ” və "Mercedes" markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Füzuli rayonu, Bala Bəhmənli kəndi yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2 dəqiqə