XƏBƏRLƏR / Hadisə

Kürdəmirdə Türkiyə vətəndaşının idarə etdiyi TIR aşıb

Hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb

Kürdəmirdə Türkiyə vətəndaşının idarə etdiyi TIR aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

    Türkiyə Respublikası vətəndaşı İsmet Katalın idarə etdiyi yük avtomobili Qazax istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.

    Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.

    Faktla bağlı araşdırma aparılır.