XƏBƏRLƏR / Hadisə

İsmayıllıda yol qəzası baş verib: 3 nəfər ölüb YENİLƏNİB

“Opel”lə motosiklet toqquşub

İsmayıllıda yol qəzası baş verib: 3 nəfər ölüb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:32

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Opel” markalı minik avtomobili və “Honda” markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Honda” markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfər həyatını itirib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

    ***

    13:32

    İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.