Qazaxıstanda şaxtada qəza olub, 20 nəfər ölüb
Qəza zamanı Kostenko şaxtasında 252 nəfər olub, 205 şaxtaçı səthə çıxarılıb
09:52
Qazaxıstanda ölənlərin sayı 20-yə çatıb.
***
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 11 şaxtaçı həlak olub.
Bu barədə “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Qəza zamanı Kostenko şaxtasında 252 nəfər olub, 205 şaxtaçı səthə çıxarılıb. On bir şaxtaçının cəsədi tapılıb, daha 18 nəfər xəstəxanaya yerləşdirilib. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib.
Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb. Karaqanda vilayətinin administrasiyasının rəhbəri, “Arcelormittal Temirtau” SC-nin baş direktoru və respublika baş prokurorunun birinci müavini şaxtaya gəliblər.