XƏBƏRLƏR / Hadisə

Gəncədə mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb

Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib

Gəncədə mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə şəhərin Xan bağı parkının yaxınlığında qeydə alınıb. Sərnişin avtobusu dərəyə yuvarlanıb. Yararlıların olduğu bildirilir.

    Əraziyə 12 təcili tibbi yardım briqadası cəlb edilib.

    Hadisə nəticəsində xəsarət alan 5 nəfər Zülfüqar Məmmədov adına xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.