XƏBƏRLƏR / Hadisə

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub: 11 ölü

"TRT Haber"in məlumatı

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub: 11 ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda sərnişin avtobusu ilə evakuatorun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    "TRT Haber"ə görə, hadisə Gebze-Orhangazi-İzmir avtomobil yolunun Akhisar keçid məntəqəsində, şosse girişinin yaxınlığında qeydə alınıb. Bursadan İzmir istiqamətində hərəkət edən tur avtobusu evakuatorla toqquşub. Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürmə, xilasetmə və polis briqadaları cəlb edilib. Axtarış-xilasetmə tədbirləri operativ şəkildə həyata keçirilib.

    Manisa Valiliyindən verilən rəsmi bəyanatda bildirilib ki, qəza nəticəsində 11 nəfər həyatını itirib, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal ərazidəki xəstəxanalara təxliyə olunub və nəzarətə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.