XƏBƏRLƏR / Hadisə

Oqtay Əliyev dəhşətli yol qəzasında dünyasını dəyişdi FOTO

“SOY” prodakşının rəhbəri Saray qəsəbəsində qəzaya düşüb

Oqtay Əliyev dəhşətli yol qəzasında dünyasını dəyişdi FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyev ağır yol qəzasına düşüblər. Hadisə Abşeron rayonu, Saray qəsəbəsində baş verib. Qəza nəticəsində O.Əliyev dünyasını dəyişib.

    Hadisə zamanı yaralanan M.Zəki xəstəxanaya aparılıb. D.Əliyevanın qəzada xəsarət almadığı bildirilir.

    Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib. TƏBİB-dən verilən məlumata görə, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

    Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

    Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən  Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub.