XƏBƏRLƏR / Hadisə

Şabranda qatar traktorla toqquşdu, ölən var

Hadisə Şabran rayonu Uzunboyad kəndi ərazisində baş verib

Şabranda qatar traktorla toqquşdu, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şabranda ağır yol qəzası baş verib.

    Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, martın 25-də saat 09:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

    İlkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O hadisə yerində ölüb.

    Araşdırma aparılır.