Rostovda FTB-nin binası partladı VİDEO
Bu barədə Rusiya mənbələri xəbər yayıb
Rostov vilayətində Federal Təhlükəsizlik Bürosunun sərhəd xidmətinin binasında baş verən yanğına və ardınca partlayışa səbəb elektrik naqillərinin alışması olub.
Kabeldən çıxan yanğın yanacaq-sürtkü materialları olan konteynerlərə keçib, işçilər onu söndürə bilməyiblər.
Yanğın zamanı bir nəfərin öldüyü, iki nəfərin yaralandığı da bildirilir.