XƏBƏRLƏR / Hadisə

Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb

Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “SWISS” aviaşirkətinə məxsus Sürix–Şanxay reysini yerinə yetirən sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 19-da SWR-188 reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətində yaranan problemlə əlaqədar Bakı hava limanına məcburi eniş üçün müraciət edib.

    “Airbus A350-900” tipli təyyarə yerli vaxtla saat 19:21-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

    Hava limanında səhhətində problem yaranan sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.

    Reysin davam etdirilməsi ilə bağlı qərarı hava gəmisinin kapitanı verəcək.