Dilarə Əliyeva evə buraxıldı
Qəzada yaralanan Xalq artisti Mehriban Zəkinin isə DTX hospitalında müalicəsi davam etdirilir
Martın 22-də həyat yoldaşı Oqtay Əliyevlə birgə avtomobil qəzasına düşən Əməkdar artist Dilarə Əliyeva xəstəxanadan evə buraxılıb. O, qəzada həlak olan rejissor, prodüser həyat yoldaşının vida mərasimində iştirak edəcək.
Qəzada yaralanan Xalq artisti Mehriban Zəkinin isə DTX hospitalında müalicəsi davam etdirilir.
Qeyd edək ki, mərhum Oqtay Əliyev bu gün "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. O, 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb.