XƏBƏRLƏR / Hadisə

Ata avtomobili ilə 2 yaşlı oğlunu vurub öldürüb

Hadisə Saatlıda olub

Ata avtomobili ilə 2 yaşlı oğlunu vurub öldürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Saatlıda ata avtomobili arxaya verərkən iki yaşlı oğlunu öldürüb.

    1992-ci il təvəllüdlü, Saatlı rayon sakini Əskərov Elşən Seyfulla oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, idarə etdiyi "VAZ 21061" markalı avtomobil ilə yaşadığı evin həyətindən çıxdığı vaxt arxaya sürərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun avtomobilin altında qalması nəticəsində aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı Saatlı RPŞ-də CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.