Culfada 4 polis faciəli şəkildə həlak olub
Faktla bağlı araşdırma aparılır YENILƏNİB

10:47
Culfa rayonunda dörd polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Fakta görə Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Yol qəzasında ölənlər Quliyev Qüdrət Qasım oğlu, Adnansoy Uğur Emin oğlu, Abbasov Səbri Mövla oğlu və Əliyev İlham Elnur oğludur.
Hazırda istintaq tədbirləri davam etdirilir.
***
Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və dörd sərnişin hadisə yerində vəfat ediblər.
Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.