XƏBƏRLƏR / Hadisə

Türkiyədə helikopter qəzaya uğrayıb, iki pilot həlak olub

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb

Türkiyədə helikopter qəzaya uğrayıb, iki pilot həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Qaziantep hava limanından Hataya hərəkət edən helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot həlak olub, bir texniki işçi yaralanıb.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

    Bildirilib ki, Türkiyənin Təhlükəsizlik Baş İdarəsinin Aviasiya Dairəsinin inventarına daxil olan bu helikopter Qaziantepin Nurdağı rayonunun Kartal kəndinin ərazisində qəzaya uğrayıb.

    Vahid Hava Əməliyyatları Mərkəzi helikopterlə son dəfə yerli vaxtla saat 22.49-da əlaqə saxlayıb.