Çayda batma təhlükəsi olan 23 yaşlı oğlan xilas edilib VİDEO

FHN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində bir nəfərin çayda batma təhlükəsində olması barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

    Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 2003-cü il təvəllüdlü İsmayıllı Ramin İmanqulu oğlu xilas edilib.