Xətai rayonunda baş verən yanğında xəsarət alanlar var

Bu barədə FHN məlumat verib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xətai rayonunda baş verən yanğında iki mənzil yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçisi Ramazan Ramazanov deyib.

    Onun sözlərinə görə yanğınla bağlı məlumat saat 00:10 radələrində daxil olub.

    "Hadisə yerinə çatarkən binaların həyətində park edilmiş avtomobillər yanğın texnikasının həyətə daxil olmasına maneə yaradıb. Bu səbəbdən bir az ləngimə olmuşdur. Yanğın iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermişdir. Üçotaqlı studiya mənzildə 2 otaq, mətbəx, dəhliz yanıb və bir otaq yanğından mühafizə edilib. Bundan əlavə 19-cu mərtəbədə yerləşən mənzilin plastik pəncərə çərçivəsi və 1 kvadratmetr döşəməsi yanmışdır. Yanğının söndürülməsinə Bakı Regional Qrupunun əməkdaşları da cəlb edilib. Bundan əlavə sakinlər təxliyyə edilib. Üç nəfər mühafizəçi tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib", - deyə qeyd olunub.