XƏBƏRLƏR / Hadisə

Yakutiyada təbiət yanğınlarının sahəsi 936 min hektarı ötüb

TASS xəbər verir

Yakutiyada təbiət yanğınlarının sahəsi 936 min hektarı ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yakutiyada aktiv yanğınların sahəsi 936 min hektarı ötüb.

    TASS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

    Yanğının söndürülməsinə regionun FHN-nin bütün fəaliyyət göstərən strukturlarından 1 832 nəfər və 157 texnika cəlb olunub.

    Yakutiyanın ekologiya, təbiətdən istifadə və meşə təsərrüfatı nazirinin müavini Andrey Konoplev brifinqdə bildirib ki, son 24 saat ərzində regionda 891 hektar ərazini əhatə edən 16 meşə yanğını aşkar edilib.