Zərdabda yanğın VİDEO

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zərdab rayonunun Qoşaoba kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən bildirilib ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, vətəndaş Əhmədxan Qasımova məxsus həyətyanı sahəyə yığılmış ot bağlamalarında baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik yerləşən təsərrüfat obyektinə keçmə riski yüksəkdir.

    Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən təsərrüfat obyektinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 12 ton ot bağlamalarının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və ona bitişik 80m² sahəsi olan təsərrüfat obyekti yanğından mühafizə olunub.